Türkiyədə sürət qatarı relsdən çıxdı - Ölənlər var

19 Sentyabr 2019 10:48 (UTC+04:00)

Türkiyədə sürət qatarı relsdən çıxıb.

İnsident Biləcik vilayətində qeydə alınıb.

Qəza nəticəsində iki nəfərin - maşinistlərin öldüyü bildirilir.

Sürət qatarının Ankaradan Biləcik vilayəti istiqamətində hərəkət etdiyi qeyd olunub. Hazırda qəza ilə bağlı dəmir yolunda yaranmış problem aradan qaldırılır.

Qəzanın hansı səbəbdən baş verməsi isə məlum deyil, araşdırma başlayıb. (Trend)