Kişi keçmiş arvadını bıçaqladı - VİDEO

19 Sentyabr 2019 11:37 (UTC+04:00)

Keçmiş ər həyat yoldaşı ilə boşanmağı qəbul etmədiyi üçün ona iş yerində dəfələrlə bıçaq zərbəsi endirib.

AzNews.az xəbər verir ki, hadisə Rusiyanın Vladiqafqaz şəhərində baş verib.

6 ay əvvəl boşandığı həyat yoldaşının iş yerinə gedən kişi onunla danışmaq istədiyini bildirib. Ancaq qadın onun bu istəyini rədd edib.

Keçmiş ər qadının telefonunu alıb və mesajlarını oxumağa başlayıb. Arvadının onu sevmədiyini iddia edən keçmiş ər qadını təhqir etməyə başlayıb. Qadın bərk qorxaraq qışqırmağa başlayıb. Kişi isə belindəki bıçağı çıxararaq stulda oturan keçmiş həyat yoldaşını bədəninin müxtəlif nahiyələrindən və başından bıçaqlayıb.

Qadının həyatı təhlükəsinin davam etdiyi deyilir. Təqsirli şəxs həbs edilib.

Pərvanə

AzNews.az