Bakının mərkəzində "Opel" aşdı - yolda sıxlıq yarandı

19 Sentyabr 2019 12:22 (UTC+04:00)

Bakıda yol qəzası baş verib.

Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, "Port Baku" kompleksinin qarşısında olub.

Neftçilər prosprkti ilə hərəkətdə olan "Opel" markalı avtomobil qəfil idarəetməni itirərək yoldan çıxıb. Avtomobil yolun kənarına dəyərək aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, yolda sıxlıq yaranıb.

Faktla bağlı araşdırma aparılır. (Trend)