İlyas İsmayılov qətlə yetirilən oğlundan danışdı - “Çox ağırdır...”

19 Sentyabr 2019 12:40 (UTC+04:00)

Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılovun qətlindən bir il keçir.

AzNews.az xəbər verir ki, İlyas İsmayılov dəhşətli gecəni xatırlamaq istəmədiyini və hələ də qara xəbərin şokunda olduğunu dedi:

“Çox ağrılı bir dərdim var. İcazə verin, dərdimizi özümüz içimizdə çəkək. Bu barədə qətiyyən danışmaq istəmirəm. Məni də anlayın, bir ata kimi mənə çox ağırdır”.

Xatırladaq ki, Etimad İsmayılov sentyabrın 19-u Türkiyənin İstanbul şəhərində gecə saatlarında ofisində öldürülüb. Mərhum iş ortağı azərbaycanlı sabiq polis rəisi, iş adamı Gözəl Dəmirov tərəfindən güllələnib. Başından 2, ürəyindən 1 güllə yarası alan Etimad İsmayılovun həyatını xilas etmək mümkün olmayıb.

AzNews.az