Ermənistandakı hərbi bazaya analoqu olmayan silahlar gətirilir

15 May 2013 13:36 (UTC+04:00)
Rusiya Ermənistandakı bazasını "İskəndar-M" raketləri və "Tornado" sistemləri ilə təhciz edərək daha da gücləndirmək istəyir

ANS PRESS-in Regnum-a istinadən verdiyi məlumata görə, Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazası sürətli şəkildə silahlanmaya başlayıb. Rusiya Silahlı Qüvvələrindən adı çəkilməyən mənbə bildirib ki, hərbi bazaya yeni növ ağır texnika gətirilməyə başlayıblar. Onun sözlərinə görə, tezliklə regionda analoqu olmayan ciddi raket tipli silahlar gətiriləcək: "Böyük ehtimallara görə, əsasən "İskəndər-M" və yayılım atəşi sistemələri "Tornado" operativ-taktiki raket kompleksləri nəzərdə tutulur".

Qeyd edək ki, "İskəndər-M" 500 km-dək uzaq məsafədə olan nöqtələri yüksək dəqiqliklə vurmaq qabiliyyətinə malikdir. Raketin uçuş trayektoriyasına görə mövcud olan heç bir RƏM sistemlərinin onun qarşısını almaq imkanı yoxdur.

AzNews.az