Əfqanıstan qırıcıları səhvən mülki vətəndaşlara bomba yağdırdı - 30 ölü, 40 yaralı var

19 Sentyabr 2019 14:18 (UTC+04:00)

Əfqanıstanın Nəngərhar əyalətində tarlada işləyən işçilərə hava hücumu edilib.

AzNews.az xəbər verir ki, məlumatı "Tolo" telekanalı yayıb.

Hava qüvvələri İŞİD terrorçularını hədəfə alıblar. Ancaq səhvən tarlada işləyən işçilər aviazərbələrə məruz qalıb.

Nəticədə 30-a yaxın dinc sakin həlak olub, azı 40 nəfər isə yaralanıb.

Məlumatda hücumun Əfqanıstanın hava qüvvələri tərəfindən həyata keçirildiyi, əməliyyatlara ABŞ ordusunun da dəstək verdiyi deyilir.

Pərvanə

AzNews.az