Nazirlik İsmayıllıdakı zəhərlənmə olayına aydınlıq gətirdi

19 Sentyabr 2019 14:14 (UTC+04:00)

Səhiyyə Nazirliyi İsmayıllı rayonunda kartofdan zəhərlənməyə aydınlıq gətirib.

AzNews.az xəbər verir ki, İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına zəhərlənmə ehtimalı ilə 7 nəfər (3 kişi, 4 qadın) müraciət edib:

“Baş həkim Aydın Əsədovun verdiyi məlumata görə müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaqlar. Hadisə barədə polis və Qida Təhlükəsizliyi agentliyinə məlumat verilib”.

Bahar RÜSTƏMLİ

AzNews.az