Orxan ailəsini küçə pozğununa dəyişib - Meyxanaçının arvadı

19 Sentyabr 2019 15:59 (UTC+04:00)

Tanınmış meyxanaçı Orxan Lökbatanlının model Aysu Bədəlzadə ilə eşq yaşadığı xəbəri yayılıb.

Hazırda evli olan ifaçının həyat yoldaşı Kəmalə minval.info-ya açıqlama verib.

O bildirib ki, meyxanaçıdan boşanmaq üçün məhkəməyə müraciət edib:

“Orxanın daha öncə də bir qadınla münasibəti var idi. Həmin qadın mənə yazdı. Mən də ayrılmaq istədim, sonra oğluma görə barışdım. Oğlumun 5 yaşı var. 1 aydır ki, atasının ailəsindən xəbəri yoxdur. Oğlu nə yedi, nə içdi, dərsə getdi, ya getmədi, xəbərsizdir. Öz övladına belə münasibət bəsləyən insan mənə lazım deyil. Bir kişi ki, ailəsini, 5 yaşlı uşağını hansısa küçə pozğununa dəyişibsə, ondan nə ata, nə həyat yoldaşı olar. Biz Orxanı silmişik, bizim üçün öldü. Boşanmaq üçün məhkəməyə müraciət etmişəm, yaxın günlərdə proses başlayacaq. Onsuz da, onun üçün fərqi yoxdur ”.

Qeyd edək ki, model Aysu Bədəlzadə ATV telekanalında yayımlanan “Dəb Mənəm” verilişi ilə məşhurlaşıb.

AzNews.az