Ukrayna qəpiklərdən imtina edir

19 Sentyabr 2019 16:22 (UTC+04:00)

Ukraynada oktyabrın 1-dən dövriyyədən xırda qəpiklər çıxarılacaq.

AzNews.az bildirir ki, bu barədə ölkənin Milli Bankı məlumat verir.

Qurumun yaydığı xəbərə əsasən, bir, iki və beş nominallı qəpiklər gələn ayın əvvəlindən ödəniş vasitəsi olmayacaq. Bundan savayı, dövriyyədən tədricən 25 nominallı qəpiklər də çıxarılacaq.

“Banka daxil olan 25 nominallı qəpiklər geri dövriyyəyə qaytarılmayacaq və get-gedə onların sayı azalacaq”, - deyə qurum bildirib.

Qeyd edilir ki, ukraynalılar üç il ərzində 10 qəpiklərdən istifadə edə biləcəklər.

AzNews.az