Fuad Qəhrəmanlının həyat yoldaşı boşanmaq üçün məhkəməyə müraciət etdi

19 Sentyabr 2019 17:27 (UTC+04:00)

Fuad Qəhrəmanlının həyat yoldaşı boşanma ilə bağlı məhkəməyə müraciət edib.

Fuad Qəhrəmanlının həyat yoldaşı Qəhrəmanlı Zümrüd İsrafil qızı (Zümrüd Yağmur) bu il avqustun 1-də nikahın pozulması və yetkinlik yaşına çatmayan övladının ananın yanında qalması ilə bağlı Abşeron rayon Məhkəməsində iddia qaldırıb.

Mülki iş hakim Elman Məmmədovun icraatına verilib. (APA)