Goranboyda “BMW” aşdı - ölən və yaralanan var

19 Sentyabr 2019 17:57 (UTC+04:00)

Goranboy rayonunun Balakürd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumatına görə, sentyabrın 18-də saat 18 radələrində Goranboy rayonunun Balakürd kəndi ərazisində Tərtər rayon sakini T.Allahverdiyev idarə etdiyi “BMW” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişin - Abşeron rayon sakini Günel Manafova hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Goranboy RPŞ tərəfindən araşdırma aparılır.

AzNews.az