Putin Lavrova yeni nazir müavini təyin etdi

19 Sentyabr 2019 18:50 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Xarici İşlər nazirinə yeni müavin təyin edib.

Bu barədə hökumətin rəsmi saytında yazılıb. “Rudenko Andrey Yuryeviç oğlu Rusiya Federasiyasının Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin olunsun”, - deyə sənəddə yazılıb.

Qərar imzalandığı gündən qüvvəyə minib.(qafqazinfo.az)

AzNews.az