32 yaşlı futbolçunu güllələdilər

19 Sentyabr 2019 20:55 (UTC+04:00)

Amsterdamda naməlum şəxslər 32 yaşlı futbolçu Kelvin Meynardı güllələyiblər.

“BBC” xəbər verir ki, cinayətkarlar skuterlə futbolçuya yaxınlaşaraq bir neçə dəfə atəş açıblar. Yaxınlıqdakı yanğınsöndürənlər Meynardın köməyinə çatmaq istəsələr də, oyunçu dünyasını dəyişib.

Qeyd edək ki, Meynard Belçikanın “Antverpen” və İngiltərənin “Berton Albion” komandalarının oyunçusu olub.

Son vaxtlar o, Hollandiyanın həvəskar “Alfens Boyz” klubunda çıxış edirdi.(qafqazinfo.az)

AzNews.az