Rusiya vətəndaşı olmaq istəyənlərin işi asanlaşdı

19 Sentyabr 2019 21:08 (UTC+04:00)

Rusiya vətəndaşlığı almaq üçün tələb olunan əmək təcrübəsinin müddəti azaldılıb.

Rusiya KİV-i xəbər verir ki, yüksək ixtisaslı mütəxəssislər üçün bu müddət 3 ildən bir ilədək ixtisar olunub. Bu barədə prezident Vladimir Putin qərar imzalayıb. Qərar xüsusi siyahıda adları qeyd olunmuş ixtisaslı mütəxəssislərə aid edilir. Onların sırasına həkimlər, əczaçılar, mühəndislər, riyaziyyatçılar və digərləri daxildir.

Qeyd edək ki, cari ilin ilk 6 ayında 15 milyon xarici vətəndaşdan 2,4 milyon nəfəri rəsmi şəkildə işləmək planları barədə müraciət edib. Onlardan neçəsinin ixtisaslaşmış mütəxəssis olduğu dəqiq deyil.(qafqazinfo.az)

AzNews.az