ŞOK: Elmu-lədun bilicisi Paşa Yaqub Fuad Qəhrəmanlının qızının yuxusunu necə yozmuşdu?

20 Sentyabr 2019 10:18 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, dünən AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur atasını ittiham edərək ondan imtina etdiyi haqda sosial şəbəkə hesabında paylaşım edib.

AzNews.az xəbər verir ki, Selcan, həmçinin bir neçə gün əvvəl öz yuxusunu da izləyiciləri ilə bölüşüb:

“Super kabus görmüşəm.

Deməli görürəm ki, Mehdiabaddaki evdəyəm və orada davamlı qarşıma bir qoca kişi çıxır, hansı ki, bədəni ağılasığmaz formada deformasiya olunmuş, amma çox çevik bir adamdı. Guya mən bu adama nifrət edirəm və pis davranıram. Sonra bir gün, dəhşətli yağış və sis olan bir gündə... Evim başıma uçmasınmı! Güclə canımı qurtarıram, amma bir də nə görüm, yeridikcə arxamdaki bütün tikililər toza dönür, ovalanıb tökülür, torpaq yarılır, ağacları udur. Mən də nazik gecəlikdə, başmaqda tufanın ortasındayam, amma heç eynimə də deyil. Guya fikirləşirəm ki, bir dənə market tapsaydım, gedib yeməyə nəsə alardım. Ancaq sonra durumun fərqinə varıram ki, qabağımda dümdüz yol uzanır, tanıdığım heç bir şey yoxdu, amma mən irəlilədikcə arxadaki hər şey məhv olacaq, qarşıda isə çata biləcəyim heç bir şey yoxdu, eləcə asfalt. Və o an... Qalın sisin arxasından bir cüt işıq görürəm. Bir avtobus dayanıb. Boylanıb görürəm ki, şofer həmin o grotesk kişidir, məğrur bir ədayla mənə baxır. İstəyirəm yanından keçib gedəm, mənə əliylə "gəl" edir, boyun əyib keçirəm avtobusa, çünki nəsə elə hiss etdirir ki, elə belə də olmalıdır. Keçməz olaydım... Avtobusda hər cür eybəcər var. Hamının dərisinin rəngi qurumuş palçıq rəngidi, birinin gözünün ağı axır davamlı, heç qurtarmır; biri inləyir; biri ulayır; birinin bir orqanı yoxdu, digərində başqa biri; birinin qucağında iyrənc bir körpə var... Hələ necə əcaib şeylər, yadımda qalmayıb. Nisbətən normal görünən babanın yanına otururam, heç soruşmuram ki hara gedirik. Amma yolda inləmə, ulama səsləri elə hala gəlir ki, dözə bilmirəm, qışqırıram ki, "Saxla! Düşəcəm!" filan, kişi də mənə "Gicsən? Saxla dedin, saxlayaram da, nə şüvənlik edirsən?" baxışı ataraq maşını saxlayır. Düşürəm, gözəl şəhər... Allahım necə xoşbəxtəm! Arxama dönürəm ki, pulu ödəyim, görürəm bütün o eybəcərlər düşüb avtobusda, gözlərini zilləyiblər üstümə, pis pis baxırlar... Arxama çönürəm ki, qaçma vaxtıdır... Görürəm, şəhər yox olub, qarşımda qalın, qaranlıq meşə var... Yuxu bitir.

Ən həyəcanlı yerində oyandım. Allah bilir nə gəldi başıma”.

Statusun şərh bölməsinə elmu-lədun bilicisi Paşa Yaqub Selcanın yuxusunu yozaraq bu sözləri yazıb:

“Selcan xanım, mən bir psixoterapevt və elmi-lədun bilicisi olaraq yuxunuzu yozacam. Ancaq qorxuram bu yozumu siz dərk etməyəsiz. Çünki bəzi məqamları dərk etmək hələ çox gəncsiz. Buna baxmayaraq yozacam yuxunuzu. Ola bilsin ki, bu yazacağım şeylər nə vaxtsa ağlınıza batacaq və gərəyiniz olacaq. Onu deyim ki, sizin və ailənizin üzərində qara kabus dolanır. Qara enerji sizi sarıb. Çox sarsıntı və iztirab içindəsiz. Gördüyünüz avtobusun mənası odur ki yuxunu gördükdən qısa zaman sonra uzaq səfərə çıxacaqsız. Avtobusda olan eybəcər varlıqlar hazırda sizin ətrafınızda olan insanlardır, onların hərəsində bir şey çatmır. . Siz səfərə gedən zaman ətrafınızda böyük səs küy qalmaqal baş verəcək..... lakin mənzil başına çatacaqsız. Ancaq qarşınızda qaranlıq hələ bir müddət davam edəcək. Cavab yazmaq istəsəz inboxuma yazın. Bura çətin ki, baxam. Məsləhət almaq istəsəz, inboxa yaza bilərsiz. İndi yazmasaz da ola bilsin, gələcəkdə yazacaqsız. Bunlarıın nə demək olduğunu başa düşmək üçün hələ çox gəncsiz. Yaşlaşanda məndən məsləhət istəyəcəksiz. Qorxuram onda da gec ola.....”.

AzNews.az