Ayı bir nəfəri parçaladı - "Qatil ayı" axtarılır

20 Sentyabr 2019 10:30 (UTC+04:00)

Saxalində ayı hücum edərək 1 nəfəri parçalayıb.

Ayının yaraladığı şəxsi Balıqçı kəndinin yaxınlığında yerləşən neft-emalı zavodunun əməkdaşları tapıb və dərhal təcili tibbi yardım çağırıblar. Lakin yaralı xəstəxanaya aparılarkən yoldaca dünyasını dəyişib.

Hazırda "qatil ayı" rayon ərazisində polis və kənd təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən axtarılır. (Trend)