İlqar Məmmədovun həbs müddəti 3 ay uzadıldı

15 May 2013 14:43 (UTC+04:00)


Bu barədə AZNEWS.AZ-a İ.Məmmədovun vəkili Xalid Bağırov məlumat verib. O bildirib ki, məhkəmə istintaq orqanın İ. Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı verdiyi vəsatətə baxıb və vəsatəti təmin edib. Məhkəmə İ. Məmmədov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb.

Xatırladaq ki, İ.Məmmədov barəsində Cinayət Məcəlləsinin 220-ci maddəsi (kütləvi işğtişaş) ilə cinayət işi açılıb. Maddəyə görə, onu 4 ildən 12 ilədək həbs gözləyir.

AzNews.az