Ərdoğan Egemen Bağışı səfir təyin etdi

20 Sentyabr 2019 11:30 (UTC+04:00)

Egemen Bağış Türkiyənin Çex Respublikasında səfiri təyin olunub.

“Hürriyət” qəzetinə istinadən verilən xəbərə görə, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan müvafiq qərar imzalayıb.

Qeyd edək ki, E. Bağış Türkiyənin Avropa İttifaqı məsələləri üzrə sabiq naziri və sabiq millət vəkili olub. (APA)