Avstriya nasizm qurbanlarının övladlarına vətəndaşlıq verir

20 Sentyabr 2019 12:50 (UTC+04:00)

Avstriyanın Milli Şurası (parlamentin alt palatası) cümə axşamı qanuna nasizmin qurbanlarının övladları üçün vətəndaşlıq almağı sadələşdirən düzəlişləri qəbul edib.

AzNews.az bildirir ki, bu barədə yerli mətbuat məlumat verir.

Cari qaydalara görə, vətəndaşlıq almağın sadələşdirilmiş proseduru 1945-ci il mayın 9-a kimi Avstriyadan gedənlərin xələflərinə aiddir.Qəbul olunmuş dəyişikliklər isə bu dövrü genişləndirir, belə ki, artıq Avstriyanın 1955-ci il mayın 15-də özünü müstəqil dövlət kimi elan etdiyi tarixədək ölkəni tərk edənlərin övladları da sadələşdirilmiş yolla vətəndaşlıq ala biləcəklər.

Eyni zamanda bu qayda yalnız doğma deyil, götürülmə övladlara da şamil olunacaq.

Düzəlişlər 1 sentyabr 2010-ci ilə qədər qüvvəyə minəcəklər.

AzNews.az