Fuad Qəhrəmanlı, Əli Kərimli və Səadət Cahangir dərhal istefa verməlidir - Nahid Cəfərli

20 Sentyabr 2019 13:45 (UTC+04:00)

“Fuad Qəhrəmanlı, Əli Kərimli və Səadət Cahangir dərhal istefa verib siyasətdən getməlidirlər”.

AzNews.az xəbər verir ki, bunu “Oyan” hərəkatının liderlərindən olan Nahid Cəfərov deyib.

O, adları çəkilən şəxsləri saxtakarlıqda ittiham edib:

“Hakimiyyətə qarşı mübarizə aparmaqla dəyərlər uğrunda mübarizə aparmağın fərqini bu yazı sizə göstərəcək. Fuad Qəhrəmanlı, Əli Kərimli və Səadət Cahangir (əgər vəzifəsi varsa) dərhal istefa verib siyasətdən getməlidirlər. İndi cəbhəçilər gündəmi dəyişmək üçün əlindən gələni edəcəklər, buna uymayın. Bu, bir daha göstərir ki, bu insanlar saxtadırlar və onların apardıqları mübarizə də saxtadır. Liberal dəyərlər, insan hüquqları və ifadə azadlığının nə demək olduğunu bilməyən insanlar, ailəsində diktatorluq edən, öz şəxsi övladının, həyat yoldaşının hüquqlarını malik olduğu fiziki güclə boğan bir insan və onu müdafiə edənlər ölkəyə diktatura gətirəcəklər, demokratiya deyil”.

AzNews.az