Ərdoğan İmamoğlunun işdən çıxardığı şəxsə vəzifə verdi

20 Sentyabr 2019 17:39 (UTC+04:00)

Rəcəb Tayyib Ərdoğan Əkrəm İmamoğlunun işdən çıxardığı şəxsi yenidən vəzifəyə gətirib.

İstanbul Böyükşəhər Bələdiyyəsinin nəqliyyat şöbəsinin müdiri postundan uzaqlaşdırılan Əmrə Ayözənə Dövlət Hava Limanları İdarəsində yüksək post həvalə olunub.

İmamoğlunun işdən çıxardığı şəxsə sözügedən dövlət qurumunda baş müdirin köməkçisi vəzifəsi tapşırılıb.

Qeyd edək ki, Əmrə Ayözən 2008-2015-ci illərdə İBB-də müxtəlif yüksək vəzifələrdə çalışıb. (Musavat.com)