Krımın rəhbəri kim oldu?

20 Sentyabr 2019 18:06 (UTC+04:00)

İkinci çağırış Krım Dövlət Şurasının deputatları plenar iclasda Rusiya ilə birləşdikdən bəri bölgəyə rəhbərlik edən Sergey Aksyonovu respublikanın başçısı vəzifəsinə yenidən seçiblər.

“Life.ru” portalının verdiyi xəbərə görə, bu barədə parlamentin spikeri Vladimir Konstantinov məlumat verib.

46 yaşlı Aksyonovun lehinə yekdilliklə- 74 deputatın hamısı səs verib.

O, növbəti 5 il müddətinə Krımı idarə edəcək.(qafqazinfo.az)

AzNews.az