Nazirliyə məxsus zavodda partlayış: 1 ölü

15 May 2013 15:28 (UTC+04:00)



Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, MSN-in "İqlim" Elmi İstehsalat Müəssisəsində fəhlə işləyən, 1956-cı il təvəllüdlü Adıgözəl Məhərrəmov sexlərdən birində dəzgahın partlaması nəticəsində ağır xəsarət alıb.

A. Məhərrəmov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az