7 yaşlı uşağı maşın vurdu

20 Sentyabr 2019 22:37 (UTC+04:00)

Abşeron rayonunun Xırdalan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə "Köhnə bazar" adlanan yerdə qeydə alınıb.

2012-ci il təvəllüdlü Cavadzadə Nihad Rəşad oğlu evlərinin yanında yoldan keçərkən onu maşın vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona kəllə-beyin travması diaqnozu qoyulub.(report.az)

AzNews.az