Futbolçunun 70 minlik saatı oğurlandı

20 Sentyabr 2019 23:15 (UTC+04:00)

Yayda "Ayaks"dan Fransanın "Nitsa" klubuna keçən Kasper Dolberq başına xoşagəlməz hadisə gəlib.

"France Football" xəbər verir ki, Danimarka millisinin üzvü komanda ilə məşqdən sonra paltardəyişmə otağına qayıdanda əşyalarının qarışdırıldığını görüb. 21 yaşlı hücumçu klub rəsmilərinə 70 min avro dəyəri olan saatının oğurlandığını deyib.

Qeyd edək ki, "Nitsa" danimarkalı futbolçunu 18 milyon avroya transfer etmişdi.(qafqazinfo.az)

AzNews.az