Ağsuda 33 baş qoyun oğurlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də Ş.İsmayılova məxsus yardımçı təsərrüfatdan 33 baş qoyun və 9 baş keçi oğurlamaqda şübhəli bilinən Ağalarbəyli kənd sakini N.Mehdiyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az