Havalar dəyişir - Xəbərdarlıq

21 Sentyabr 2019 00:00 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabr ayının 21-dən ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın verdiyi məlumata görə, sabah səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.

O bildirib ki, Bakıda və Abşeronda günün birinci yarısında şimal küləyi güclənəcək. Ən güclü külək gündüz və axşam müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq.

"Güclü küləyin əsməsi ilə əlaqədar vətəndaşlarımıza müraciət edirik ki, ehtiyatlı olsunlar. Güclü külək nəticəsində irigövdəli ağacların, onların budaqlarının aşma, sınma təhlükəsi var. Ona görə vətəndaşlarımıza tövsıyə edirik ki, diqqətli olsunlar, ağacların altında durmasınlar, maşınları saxlamasınlar. Uşaqları güclü küləkli havada nəzarətsiz həyətə buraxmasınlar", - deyə xəbərdarlıqda bildirilir.(report.az)

AzNews.az