Ermənilər Qazaxda yol salan ekskovatora atış açdı - Dövlət Sərhəd Xidməti

21 Sentyabr 2019 11:49 (UTC+04:00)

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.

DSX-dan verilən məlumata görə, dünən saat 13:20 radələrində sərhəd döyüş mövqelərimiz və təminat yollarının salınması ilə məşğul olan ekskovatorumuz düşmən tərəfindən atəşə tutulub.

Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.

AzNews.az