Gənc fəalın şikayətinə sabah baxılacaq

15 May 2013 15:57 (UTC+04:00)
Mayın 16-da Bakı Apellyasiya Məhkəməsində "Azad Gənclik" Təşkilatının üzvü İlkin Rüstəmzadənin şikayətinə baxılacaq.

İlkin Rüstəmzadə aprelin 30-da, Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terrorun dördüncü ildönümü günü gənclərin keçirdiyi yürüşdə tutulub, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 15 sutkalığa azadlıqdan məhrum edilib.

Gənc fəalın vəkili Nemət Kərimli mayın 15-də "Media forum" saytına açıqlamasında Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərardan şikayət verdiklərini bildirib: "Şikayətimizə sabah baxılacaq".

AzNews.az