Qax Rayon İcra Hakimiyyətinin başçısına orden verildi

21 Sentyabr 2019 13:47 (UTC+04:00)

Prezident İlham Əliyev Musa Şəkiliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Musa Şaban oğlu Şəkiliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, M.Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısıdır.

Sentyabrın 23-də onun 60 yaşı tamam olur.