İran xəbərdarlıq etdi: “İstənilən dron vurulacaq”

21 Sentyabr 2019 14:15 (UTC+04:00)

İran ölkənin hava məkanını pozan istənilən PUA-nı (pilotsuz uçuş aparatı) vuracaqlarını bəyan edib.

Bunu “Press TV” efirində İslam İnqilabı Keşikçilər Korpusunun komandiri Hüseyn Salami deyib.

Onun sözlərinə görə, İran bu fikrində qətiyyətlidir, istənilən cavab sərt olacaq: “Bizim hava sərhədlərimizə qanunsuz girən dronları vurmağa davam edəcəyik”.

Xatırladaq ki, iyun ayında İran ABŞ-ın “Global Hawk” PUA-sını sərhədi pozduğuna görə Hörmüzgən əyalətində vurduğunu açıqlamışdı.(qafqazinfo.az)

AzNews.az