ABŞ-da gecə klubunda atışma - Ölənlər var

21 Sentyabr 2019 19:13 (UTC+04:00)

ABŞ-da gecə klubunda atışma olub.

Bu barədə "Fox News" telekanalı hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Cənubi Karolina ştatının Lankaster dairəsində, "Old Skool Sports Bar & Grill" gecə klubunda qeydə alınıb. Silahlı insident zamanı 2 nəfər öldürülüb, daha 8 nəfər yaralanıb.

Telekanal bildirib ki, polis faktla bağlı təhqiqata başlayıb, hadisəni törədənlər axtarılır.(report.az)

AzNews.az