Türkiyədə oteldə iki azyaşlı qaynar yağdan yandı - VİDEO

21 Sentyabr 2019 19:30 (UTC+04:00)

Türkiyənin “Club Paradiso” otelində kulinar şousu zamanı bir neçə nəfər, o cümlədən Rusiyadan olan 3,5 və 10 yaşlı uşaqlar qaynar yağdan yanıq xəsarətləri alıblar.

Əvvəlcə yerli xəstəxanaya çatdırılan şəxslər, bu gün Rusiyanın Yekterinburq şəhər xəstəxanasına yerləşdiriliblər. Uşaqların vəziyyəti stabil qiymətləndirilir. Onların həyati təhlükəsi yoxdur.

Hadisənin baş verdiyi oteldən verilən açıqlamada bildirilib ki, şou zamanı qablardan birinin qapağı açılıb və onun içində qaynamaqda olan yağ ətrafa sıçrayıb.(qafqazinfo.az)

AzNews.az