35 yaşlı kişi həmyerliləri tərəfindən döyüldü

21 Sentyabr 2019 20:24 (UTC+04:00)

Tərtərdə döyülmə hadisəsi baş verib.

Hadisə rayonun Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb.

Rayon sakini, 35 yaşlı Vüqar Vahid oğlu Hümbətov həmyerliləri tərəfindən döyülüb.

V.Hümbətov müxtəlif bədən xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirir.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az