Albaniyada güclü zəlzələ

21 Sentyabr 2019 21:00 (UTC+04:00)

Albaniyada 5,6 bal gücündə zəlzələ olub.

Bu barədə ABŞ-ın Geoloji Xidməti (USGS) məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə saat 18:04 radələrində qeydə alınıb.

Zəlzələnin episentri Durres şəhərindən 6 kilometr şimalda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar haqda hələ məlumat daxil olmayıb.(qafqazinfo.az)

AzNews.az