Antalyada rusiyalı turistləri daşıyan avtobus aşdı - Yaralılar var

21 Sentyabr 2019 22:45 (UTC+04:00)

Türkiyənin Antalya şəhərində rusiyalı turistləri daşıyan avtobus aşıb.

TASS informasiya agentliyi xəbər verir ki, Antalyada istirahət edən Rusiya vətəndaşlarını hava limanına daşıyan avtobusun aşması nəticəsində 15 turist xəsarət alıb. Onlardan 7-si xəstəxanaya getməkdən imtina edərək hava limanına yollanıb. Digər yaralıların isə müayinə olunduqdan sonra hava limanına yola salınacaqları bildirilir.(AZƏRTAC)

AzNews.az