Cəlilabadda əmioğlu və əmiqızını döydülər

21 Sentyabr 2019 22:26 (UTC+04:00)

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

Alar kənd sakinləri - 1988-ci il təvəllüdlü Mehdiyev Farid Azad oğlu və onun əmisi qızı, 1985-ci il təvəllüdlü Mehdiyeva Böyükxanım Füzuli qızı döyülüblər.

Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılar naməlum şəxslər tərəfindən döyüldüklərini bildiriblər. Hər iki şəxsə tibbi yardım göstərilib.

Hazırda hadisənin başvermə səbəbi və təfərrüatı araşdırılır.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az