Efiopiya hökumət qüvvələri böyük terror hücumları hazırlayan İŞİD və “Əş-Şabab” terrorçularından ibarət qrup üzvlərini ələ keçirib.
Bu barədə “Reuters” Efiopiya Milli Kəşfiyyat və Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.
“Qrup üzvləri Əddis-Əbəbə şəhərində bir sıra hotellərə, obyektlərə hücumlara hazırlıq görürmüş, eləcə də dini mərasimlərin keçirildiyi yerlərdə terror aktları törətməyi planlaşdırırmış”, - deyə məlumatda qeyd olunub.
Həbslər paytaxtla yanaşı ölkənin cənubunda da aparılıb. Saxlanılanların sayı hələlik açıqlanmır. Əməliyyatlar Cibuti hökuməti ilə razılaşdırılmış şəkildə həyata keçirilib.(APA)
AzNews.az