Bakıda avtomobil 60 yaşlı qadını vurub

22 Sentyabr 2019 05:06 (UTC+04:00)

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xətai rayonunda baş verib.

Belə ki, 1959-cu il təvəllüdlü Təhməzova İradə Həsən qızı “Qaqarin” körpüsü kimi tanınan “Cavanşir” körpüsünün altında yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. İ.Təhməzovaya sol qolun yerdəyişən çəp sınığı və bədənin müştərək travması diaqnozu qoyulub. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir.

Fakla bağlı araşdırma aparılır. (report)

AzNews.az