ABŞ-da kimyəvi zəhərlənmə oldu - 3 ölü, 4 yaralı

22 Sentyabr 2019 19:13 (UTC+04:00)

ABŞ-ın Pitsburq şəhərində tədbirlərin birində kimyəvi maddələrdən zəhərlənmə hadisəsi olub.

Tədbirdə paylanan narıncı qol lentləri bir qədər sonra insanlarda narahatlıq yaradıb. Lentlərdən ifraz olunan maddələr səbəbindən 3 nəfər ölüb, 4 nəfər xəstəxanaya yerləşdirilib.

Polis dərhal hadisə yerində araşdırmaya başlayıb. Həmin lentlərdən istifadə edənlərin təcili olaraq klinikalara baş vurmaları və polisə müraciət etmələri tələb olunub.

Hadisənin səbəbləri araşdırılır. (qafqazinfo)

AzNews.az