Yolu keçmək istəyən piyadanı maşın vurdu

22 Sentyabr 2019 23:45 (UTC+04:00)

Tovuzda piyadanın vurulması ilə nəticələn ağır yol qəzası baş verib.

Hadisə rayonun Mərdan Musayev küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1980-ci il təvəllüdlü Əliyev Hafiz Vaqif oğlu yolu keçmək istəyərkən onu “VAZ 2107” markalı avtomobil vurub.

Yaralı dərhal Tovuz rayon Mərkəzi Xəstəxansına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, 39 yaşlı H.Əliyevin vəziyyəti orta-ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır. (APA)

AzNews.az