Fransalı nazir BMT-də Ukrayna məsələsini müzakirə edəcək

23 Sentyabr 2019 02:09 (UTC+04:00)

Fransanın xarici işlər naziri BMT Baş Assambleyasındakı həmkarları ilə Ukrayna böhranını müzakirə etməyi planlaşdırır.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-İv Le Drian özü məlumat verib.

"Mənim həmkarımla Ukrayna böhranını müzakirə etmək imkanım olacaq", - deyə o, brifinqdə bildirib.

Nazir sentyabrın 7-də Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsinin tərəflər arasında etimadı möhkəmləndirəcəyini ümid etdiyini bildirib.

Pərvanə

AzNews.az