Dünya şöhrətli müğənni Mövlanəni ziyarət etdi

23 Sentyabr 2019 08:52 (UTC+04:00)

Maykl Cekson və Uitni Hyuston kimi əfsanəvi müğənnilərin vokalçısı olan Della Mayls Türkiyəyə gəlib.

O, böyük türk-islam təsəvvüf şairi Mövlanə Cəlaləddin Ruminin 812 illiyi münasibətilə keçirilən tədbirə qatılıb.

Müğənni həmçinin, Mövlanə Muzeyini də ziyarət edib və bura ilə bağlı məlumatlar alıb.

D.Mayls ziyarət zamanı çox şey öyrəndiyini qeyd edib. (Kult.az)