Tramp və Conson razılığa gəldilər – Ən iri Saziş imzalanacaq

23 Sentyabr 2019 09:55 (UTC+04:00)

Britaniyanın Baş naziri Boris Conson və ABŞ prezidenti Donald Tramp ikitərəfli ticarət sazişi bağlamağa dair razılığa gəldilər.

AzNews.az bildirir ki, bu barədə “The Sun” yazır.

Qəzetin məlumatına əsasən, saziş 2020-ci ilin iyul ayına kimi bağlanmalıdır.

Qeyd edilir ki, sazişin təfsilatları, böyük ehtimalla, BMT-nin Baş Assambleyası toplantısı çərçivəsində Nyu-Yorkda keçiriləcək görüş zamanı açıqlanacaq.

Bildirilir ki, bu, ABŞ tarixində ən böyük ticarət sazişi olacaq.

AzNews.az