Müğənni pencəyini fantastik qiymətə satdı

23 Sentyabr 2019 10:55 (UTC+04:00)

Məşhur türk müğənnisi Haluk Levent bir konsertində geyindiyi pencəyi öldürülən Tuğba Anlakın qızının təhsil haqlarını qarşılamaq üçün satıb.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, xeyriyyəçi iş adamı Erdoğan Uludağ pencək üçün 74 min lirə ödəyərək Anlakın səkkiz illik təhsil xərclərinin yüzdə altmışını ödəyib.

Xəbəri sosial mediadan paylaşan müğənni Erdoğan Uludağa təşəkkür edib.

Səidə Vahid

AzNews.az