Füzulidə traktor aşdı - ölən var

23 Sentyabr 2019 11:20 (UTC+04:00)

Füzulidə tarlada bədbəxt hadisə baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 21-də saat 18 radələrində Füzuli rayonu Alxanlı kəndi ərazisində Böyük Bəhmənli kənd sakini Tiflis Hüseynov idarə etdiyi “KA-701” markalı traktorla əkin sahəsini şumlayarkən onu aşırıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az