Messi “Barselona”nın futbolçularını danladı

23 Sentyabr 2019 14:29 (UTC+04:00)

İspaniya təmsilçisi “Barselona”nın kapitanı Lionel Messi komanda yoldaşlarını danlayıb.

“Cadena COPE”yə istinadən xəbər verilir ki, 32 yaşlı hücumçu La Liqanın V turunda səfərdə “Qranada”ya 0:2 hesabı ilə uduzduqları matçda oyunçuların çıxışından narazı qalıb.

Argentinalı forvardın paltardəyişmə otağında “Barselona”nın futbolçularını sərt şəkildə tənbeh etdiyi bildirilir.

Qeyd edək ki, zədə səbəbindən mövsümün əvvəlindəki görüşləri buraxan Messi, “Qranada” ilə qarşılaşmada ikinci hissədə meydana daxil olub. “Barselona” 5 turdan sonra 7 xalla 8-ci yerdədir. (Report)