Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazandı

23 Sentyabr 2019 14:34 (UTC+04:00)

Azərbaycan millisinin üzvü Mixail Malkin Rusiyanın Xabarovsk şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda qızıl medal qazanıb.

23 yaşlı gimnast tamblinq növü üzrə yarışda çıxış edib.

Malkin 76,300 xal toplayaraq bütün rəqiblərini geridə qoyub.