149 nömrəli avtobusun xətdən çıxması zamanı bir nəfər xəsarət alıb - Rəsmi açıqlama

23 Sentyabr 2019 15:40 (UTC+04:00)

Səhiyyə Nazirliyi 149 nömrəli avtobusun xətdən çıxması zamanı xəsarət alanlarla bağlı məlumat yayıb.

AzNews.az xəbər verir ki, sözügedən marşrut xətti üzrə hərəkət edən avtobus yolun hərəkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb:

“Nəticədə bir kişi müştərək travma, qapalı kəllə-beyin travması və ətrafların əzilməsi diaqnozu ilə KTM-ə çatdırılıb. Hazırda müalicəsi davam edir”.

Bahar RÜSTƏMLİ

AzNews.az