Zelenskidən fləşmob təklifi – Korrupsiya ilə mübarizənin yeni üsulu

23 Sentyabr 2019 15:23 (UTC+04:00)

Ukrayna prezidenti Vladimi Zelenski ölkənin vətəndaşlarına korrupsiya ilə bağlı fləşmob keçirməyi təklif edib.

AzNews.az bildirir ki, dövlət başçısı belə bir təşəbbüslə özünün “facebook” səhifəsində xalqa video-müraciətində çıxış edib.

“Rüşvət tələb edirlər? Pul mənimsəmə, ya da hansısa başqa bir korrupsiya sxemi təklif edirlər? Rica edirəm, susmayın!” – deyə Ukrayna prezidenti bildirib.

Dövlət başçısı vurğulayıb ki, fləşmoba hər bir vətəndaş qatıla bilər.

“Bunun üçün video çəkmək, və ya həştəq qoymaq lazım deyil. Bunun üçün sadəcə qanuna riayət edərək yaşamaq lazımdır”, - deyə Zelenski müraciət edib və bildirib ki, bütün vətəndaşlar vergiləri ödəməsələr, hökumət Ukrayna iqtisadiyyatını qaldıra bilməyəcək.

AzNews.az